Şəmkirdə silahlı insident olub. aranxeber.com-ın APA-a istinadən xəbərə görə, aprelin 10-da Şəmkir rayonunun Qapanlı kəndində kənd sakini Elvin Əmiraslanov münaqişə zəminində həmkəndlisi Şamil Adamovu tüfənglə öldürəcəyi ilə hədələyib və ayağının yaxınlığına bir dəfə atəş açıb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən E.Əmiraslanov saxlanılıb və ondan “İJ-16” markalı tüfəng götürülüb.
Kriminal
Sabirabadda 41 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb
Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Əlifağa oğlu ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib. V. Hüseynov Şirvan şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Qanunsuz ağac kəsən şəxs tutulub
Bakı şəhərində qanunsuz ağac kəsən şəxs tutulub. aranxeber.com-ın APA-a istinadən verdiyi melumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə […]
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib. aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, yoxlama zamanı üzərində “Rexona” yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə – tiryək aşkar edilib. Faktla […]
Beş milyon manatlıq mənimsəmədə təqsirləndirilən keçmiş bank rəhbəri günahsız olduğunu deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və bankın Maliyyə Departamentinin direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsal Məmmədov ifadə verib. Dövlət Sığorta […]




