Dünya İdman

Beynəlxalq Boks Assosiasiyasının yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) yeni prezidenti təşkilatın bu il noyabrda Moskvada keçiriləcək konqresində seçiləcək. APA-nın məlumatına görə, bunu TASS-a açıqlamasında Rusiya Boks Federasiyasının baş katibi Umar Kryemlyev bildirib. Qeyd edək ki, keçən il noyabrın 20-də AIBA prezidenti Çinq-Kuo Vu postunu tərk edib. Bundan əvvəl, iyulun 13-də isə AIBA İcraiyyə Komitəsi Çinq-Kuo Vuya etimadsızlıq göstərib. Buna […]

Dünya

Suriyadan Türkiyə ərazisinə iki mərmi atılıb

Suriyadan Türkiyə ərazisinə iki mərmi atılıb. APA-nın “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Hatay əyalətinin Yayladağı şəhəri yaxınlığında baş verib. Məlumata görə, hadisə nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb. Məlumata görə, Türkiyə ordusu mərmilərin buraxıldığı əraziyə cavab zərbəsi endirib.