Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb. APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib. “Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib. […]
Dünya
Hindistanda sərnişin avtobusu çaya düşüb, 36 nəfər ölüb
Hindistanın şimal-şərq bölgəsində sərnişin avtobusu çaya düşüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ikisi uşaq olmaqla 36 nəfər ölüb. Karimpur-Malda marşrutu üzrə hərəkət edən avtobusda 56 nəfər olub. İlkin ehtimala görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub. Faktla bağlı araşdırma aparılır.
Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub
Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır. Diaspor rəhbəri həmçinin bildirib […]
Miloş Zeman Çexiyadakı prezident seçkilərinin qalibi olub
Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda da liderliyi ələ keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin seçki məntəqələrinin 99 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 51,67 faizi Miloş Zemana etimad göstərib. Onun rəqibi, Çexiya Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş isə 48,32 faiz səs toplayıb.
“Zeytun Budağı” əməliyyatında 5-ci gün tamam oldu, zərərsizləşdirilən terrorçu sayı 287-yə çıxdı
Suriyanın Afrin bölgəsində terror təşkilatı PKK /PYD ilə DEAŞ-a qarşı keçirilən “Zeytun Budağı” əməliyyatında 5-ci gün tamam olduqda, zərərsizləşdirilən terrorçu sayı 287-yə çıxdı. Türkiyə Silahlı Qüvvələri (TSQ) əməliyyatda zərərsizləşdirilən terrorçu sayı ilə yanaşı vurulan hədəflərə dair də məlumat yaydı. Açıqlamada bildirilib ki, “Zeytun Budağı” əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatına məxsus 47 hədəf hava qüvvələrimizə məxsus 27 təyyarə ilə məhv edildi. Açıqlamada ayrıca qeyd olunub […]




