Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində keçirilmiş xüsusi əməliyyat nəticəsində İran vətəndaşı saxlanılıb. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, saxlanılan 1964-cü il təvəllüdlü A.P. adlı şəxs qətl hazırlamaqda şübhəli bilinir. İstintaqla müəyyən olunub ki, şübhəli şəxs 5500 dollar əvəzində Tbilisidə olan 1981-ci il təvəllüdlü V.A. adlı İran vətəndaşını qətlə yetirməyi planlaşdırıb. O, məbləğin bir hissəsini odlu silah […]
Dünya
Tayvanda yenidən güclü zəlzələ olub
Tayvanda 6,1 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Xualyan şəhəri yaxınlığında, ocağı isə 12 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Qeyd edək ki, ötən gün Xualyan şəhəri yaxınlığında 6,5 maqnitudalı zəlzələ nəticəsində 6 nəfər ölüb, 260 nəfər xəsarət alıb, 67 nəfər itkin […]
İtaliyada zavodda partlayış baş verib
İtaliyanın Komo əyalətində sənaye tullantıları emalı zavodunda partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb, onların həyatlarına təhlükə olmadığı bildirilir. Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib. Partlayış nəticəsində yaxınlıqda saxlanılan avtomobillərə ziyan dəyib. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.
Moskva aeroportlarında 130-dan çox aviareys təxirə salınıb, ləğv edilib
Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13.39 olan məlumata əsasən “Vnukovo” aeroportunda 5 aviareys təxirə salınıb, 4 aviareys ləğv edilib, “Domodedovo” aeroportunda 48 aviareys təxirə salınıb, 24 aviareys ləğv edilib, “Şeremetevo” aeroportunda 56 aviareys təxirə salınıb. Qeyd edək ki, bundan […]
ABŞ-da sərnişin və yük qatarları toqquşub, 2 nəfər ölüb
Bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında olan 2 nəfər ölüb, 70-ə qədər insan xəsarət alıb. Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Toqquşma nəticəsində 20 min […]




