“İŞİD-ə qarşı əsas hərbi əməliyyatların başa çatması hələ onlar üzərində son qələbə demək deyil”. aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O, Kuveytdə İŞİD-ə qarşı koalisiyanın toplantısında çıxış edib. R. Tillerson bildirib ki, koalisiya qüvvələri Suriya və İraqda terrorçuların ələ keçirdikləri ərazilərin 98 faizində onları məğlub edib. Buna […]
Dünya
Moskvada fövqəladə vəziyyət elan edildi
“An-148” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyanın Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib. aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in regional idarəsinin məlumatında bildirilir. Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.
Rusiyada dəhşətli təyyarə qəzası
Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan “An-148” təyyarəsində sağ qalanlar yoxdur. Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. *** saat 16.28 Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148” sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. APA-nın məlumatına görə, bu barədə […]
Türkiyə-Suriya sərhədində helikopterin qəzaya uğraması nəticəsində 2 türk hərbçisi həlak olub
Türkiyənin Suriya ilə həmsərhəd Hatay əyalətində döyüş helikopterinin qəzaya uğraması nəticəsində 2 türk hərbçisi həlak olub. aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə SH Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, hadisə yerinə xüsusi komissiya cəlb edilib. Baş nazir Binəli Yıldırım bundan əvvəl insidentin baş verdiyi an havada “TAI/AgustaWestland T129 ATAK” tipli 2 helikopterin […]
Sakaryada prospektə “Qarabağ” adı verildi
Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə “Qarabağ” adı veriləcək. aranxeber.com xəbər verir ki, bununla bağlı Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb. Razılıq protokolunun bağlanmasında məqsəd, Türkiyə və Azərbaycan arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə dəstək göstərməkdir. Qarasu bələdiyyə rəhbəri Mehmet İspiroğlu bildirib ki, rəhbərlik etdiyi qurum bir millət – iki dövlət olan […]




