“Rusiya bütün Avropa üçün təhdiddir”. aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniya baş naziri Tereza Mey bəyan edib. “Rusiya Birləşmiş Krallığa ağılsız hücum həyata keçirib. Rusiya təhdidinin sərhədi yoxdur”, – deyə o vurğulayıb.
Dünya
Türkiyə prezidenti: “Afrində 3089 terrorçu zərərsizləşdirilib”
Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. R. T. Ərdoğan deyib ki, Afrin bölgəsində 800 kv.km ərazi terrorçulardan təmizlənib: “Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində […]
Malavidə 5,6 maqnitudalı zəlzələ olub
Bu gün Malavidə 5,6 maqnitudalı zəlzələ olub. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb. Yerli vaxtla saat 08.49 radələrində baş verən zəlzələnin ocağı Nsance şəhərindən 25 km şimal-şərqdə, 6,4 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Qeyd edək ki, Malavi Afrika qitəsinin cənub-şərqində yerləşir.
“Avropol”-a ilk dəfə qadın rəhbər təyin edilib
Bu gün Avropa İttifaqı Şurası ilk dəfə bir qadını Avropa Polis Təşkilatına (Avropol) icraçı direktor təyin edib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə qərar bu gün Brüsseldə Avropa İttifaqı Şurasının daxili işlər və ədliyyə üzrə keçirilən iclasında qəbul edilib. Bu vəzifəyə Belçika federal polisinin 49 yaşlı baş komissarı Katrin de Boll təyin edilib. […]
Poroşenkonun evini mühafizə edən polis postda intihar edib
Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Petr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk özünü öldürüb. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə “Strana.ua” saytı mənbəyə istinadən məlumat yayıb. Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib. Ukrayna KİV-ləri yazıb ki, S. Qalasyuk […]




