Ukraynanın Krımdakı əmlaklarını itirmiş 12 şirkəti Rusiyadan 82 milyon ABŞ dolları məbləğində kompensasiya tələb edir. aranxeber.com “sonxeber”ə istinadən xəbər verir ki, şirkətlərin bununla bağlı İsveçrə Federal Məhkəməsində qaldırdığı iddia təmin olunub. Xatırladaq ki, Krım Rusiya tərəfindən 2014-cü ildə ilhaq olunub.
Dünya
Ruhani rəsmi üzrxahlıq üçün Ukraynaya xüsusi nümayəndə göndərəcək
İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı “Boeing 737” sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciə ilə əlaqədar rəsmi şəkildə təəssüflüyünü çatdırmaq üçün yaxın vaxtlarda Ukraynaya xüsusi bir nümayəndə göndərəcəyini vəd edib. aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran administrasiyasının saytında deyilir. “Ukraynaya İran xalqının və hökumətinin peşmanlığını rəsmi şəkildə çatdırması üçün yaxın vaxtlarda ölkənizə xüsusi nümayəndə […]
İran: “Boeing 737-800” təyyarəsi təsadüfən vurulub
İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb. aranxeber.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb. Qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib. Məlumata görə, İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib. Tehran yaxınlığında Ukrayna “Boeing”inin qəzasına insan səhvi səbəb olub. TASS-ın məlumatına görə, bu barədə […]
Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər yaralanıb
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var. aranxeber.com İran dövlət televiziyasına istinadla xəbər verir ki, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı […]
İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib
İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib. aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib. Hökumət parlamentin qəbul etdiyi qərarın icrasını təmin etməlidir. Xatırladaq ki, yanvarın 3-də gecə […]




