Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində əməliyyat keçirib. Bu barədə Türkiyə mətbuatı yazıb. Keçirilən xüsusi əməliyyat nəticəsində PKK terror qruplaşmasının logistika məsələlərini həll edən rəhbəri “Laşer” kod adlı İbrahim Parım yaxalanıb.
Dünya
UEFA Superkubokunda meydana çıxan türk azarkeş həbs edildi
2019-cu il, avqustun 14-də İstanbulun “Vadafone Park” stadionunda “Liverpul” və “Çelsi” klubları arasında təşkil olunan UEFA Superkuboku matçının 14-cü dəqiqəsində qaçaraq meydana atılan “YouTuber” Əli Əbdülsalam Yılmaz 1 il 8 ay həbs cəzasına məhkum olunub. Bununla yanaşı, onun bir il müddətində idman məkanlarına daxil olması da qadağan edilib. Qeyd edək ki, məhkəmənin gedişində Yılmaz öz […]
Ərdoğan: “2023-cü ildə Aya eniş edəcəyik”
Ankarada Miili Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi keçirilib. Mərasimə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. Dövlət başçısı çıxışında bildirib ki, bu gün əsrlər boyu yer üzündə ədaləti, əxlaqı və sülhü təmsil edən türk mədəniyətinin səma yoluna qapısı açılır. “İlk yerli və milli peykimiz İmecenin inteqrasiya işləri tamamlanıb, hazırda sınaqlar […]
Ərdoğan və Merkel arasında görüş keçirilib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. “Haber Global”ın Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş videokonfrans formatında təşkl edilib. Görüşdə Almaniya ilə Türkiyə arasındakı əməkdaşlığın inkişafı, regional məsələlər, eləcə də Türkiyə – Avropa İttifaqı əlaqələri müzakirə olunub.
“Fənərbağça” – “Qalatasaray” derbisinin qalibi məlum oldu – FOTO
Futbol üzrə Türkiyə Super Liqasında turun ən gözlənilən matçı – “Fənərbağça” və “Qalatasaray” komandaları arasında İstanbul derbisi baş tutub. FIFA referisi Cüneyt Çakırın idarə etdiyi matç “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə bitib. Qola 54-cü dəqiqədə misirli legioner Mustafa Məhəmməd imza atıb. Nəticədə hazırda hər iki klubun 48 xalı var. Komandalar turnir cədvəlinin ilk iki yerini bölüşürlər.




