Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin baş qərargahının bəyanatını hərbi çevriliş cəhdi adlandırıb. Bu barədə o, “Facebook” səhifəsində yazıb. Ermənistanın silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib. “Sputnik Ermənistan” xəbər verir ki, Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayıblar. Bildirilir ki, baş qərargah […]
Dünya
Ukrayna bu tarixə qədər Donbası geri qaytaracaq
Ukrayna 2025-ci ilə qədər Donbasa nəzarəti bərpa etməyi planlaşdırır. Bu barədə məsələ Ukrayna Nazirlər Kabinetinin dövlət sərhədinin idarə edilməsi strategiyasında əksini tapıb. Təsdiqlənən strategiyaya əsasən, qeyd olunan tarixə qədər Rusiya ilə sərhəd bərpa edilməli, daha sonra sərhədin qorunması təmin edilməlidir.
“İskəndər” raketlərini tənqid etməklə Paşinyan özünü pis vəziyyətə salıb – FOTO
Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbçilərinin işğal etdikləri Dağlıq Qarabağ ərazilərini itirməsində Rusiyanı günahlandırıb. İnfo24.ru bu barədə xəbər yayır. Onun sözlərinə görə, Rusiya onlara işləməyən “İskəndər” raket kompleksləri verib. Yeri gəlmişkən, Ermənistan Rusiyanın bu növ silah satdığı yeganə dövlətdir. Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov Paşinyanın açıqlamasını Moskvaya qarşı “tamamilə əsassız” […]
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb
ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar. Bəyanat ATƏT-in rəsmi saytına yer alıb. Bəyanatda deyilir: ATƏT-in Minsk Qrupu həmsədrləri, fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə […]
ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
ABŞ-ın Türkiyədəki səfiri David Satterfield bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, İraqın şimalında PKK terror təşkilatı tərəfindən 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı ABŞ tərəfinin reaksiyasına dair irad diplomatın diqqətinə çatdırılıb.




