Dünya Hadisə

Dağıstanda azərbaycanlılara cinayət işi açanlar “cəzalarını” aldılar

Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə rəhbəri vəzifələrini müvəqqəti icra edən Oleq Potanin Qayakənd rayonunun ərazisində ağır yol-nəqliyyat qəzasına düşüb. Aranxeber oxu.az-a istinadən xəbər verir ki, xəbəri Rusiyanın Chernovik.net saytı yayıb. Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev ağır vəziyyətdə Qayakənd rayonunun mərkəzi xəstəxanasına yerləşdirilən Oleq Potanini ziyarət edib. Huşsuz vəziyyətdə olan O.Potaninin müalicəsini davam etdirmək üçün […]

Dünya Hadisə

Nursultan Nazarbayev koronavirusa yoluxub

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub. Aranxeber APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, N. Nazarbayev özünü təcrid edib. Qeyd olunub ki, sabiq Prezidentin səhhəti ilə bağlı hər hansı narahatlıq yoxdur, o, distant rejimdə fəaliyyətini davam etdirir.

Dünya Hadisə

İki nəhəngin torpaq davası: Hindistan və Çin nəyi bölə bilmir? – TƏHLİL

Hindistan-Çin sərhədində baş verən qarşıdurma nəticəsində Hindistan ordusunun üç hərbçisi həlak olub. İlkin məlumatlara görə, Çin ordusu toqquşmada beş hərbçisini itirib. Rəsmi məlumatda qeyd olunur ki, bazar ertəsi günü Ladax rayonunun Qaluan vadisində şiddətli toqquşma baş verib.  Çin hökuməti isə Hindistan tərəfini sərhədi pozaraq, Çin ordusuna hücumda ittiham edib. Çin XİN-nin sözçüsü Hindistan ordusu hərbçilərinin iki […]

Dünya Hadisə

Şəhərin mərkəzində uşağı anasının yanından qaçırdılar – VİDEO

Rusiyanın Moskva şəhərində üç nəfər ananı itələyərək yanındakı uşağını qaçırıblar. REN TV bu hadisənin görüntüsünü yayımlayıb. Görüntülərdən qatardan çıxdıqdan sonra qadına üç nəfərin yaxınlaşdığı və yanındakı uşağı zorla ondan alaraq apardıqları bəlli olur. Onlar avtomobilə minərək gözdən itiblər. İlkin məlumata görə, uşağın oğurlanmasında atası Yevgeni S.-nın əli ola bilər. Faktla bağlı cinayət işi başlanıb.

Dünya

Diplomatik iflas: Ermənistan Qərbdən şillələr “yeyir” – Qarabağa görə…

Xəbər verildiyi kimi, iyunun 10-da Brüsseldə Avropa Parlamenti (AP) Ermənistanın işğalçı siyasətini pisləyən ədalətli bir sənəd qəbul edib. Eyni zamanda, həmin qərarla qurum Qarabağla bağlı çox mühüm bir ilkə imza atılıb. Belə ki, AP-in Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri […]