Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Səhiyyə naziri Elcan Birtanovu istefaya göndərib. “RİA Novosti”nin məlumatına görə, buna səbəb Səhiyyə nazirinin koronavirusa yoluxması olub. Vəzifədən azad edilən nazir hazırda infeksion stasionarlardan birində müalicə alır.
Dünya
Dünya ölkələrində məktəblər bu qaydada AÇILDI – ÖRNƏK FOTOLAR
Azərbaycanda məktəblər açılmasa da, dünyanın bir sıra ölkələrində virusla əlaqədar normallaşma mərhələsinə keçid edilib və təhsil müəssisələri yenidən fəaliyyətə başlayıb. Ancaq bu proses koronavirusdan qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarına əməl etməklə baş tutub. Belə ki, artıq şagirdlərin siniflərdə oturma şəkli dəyişib, məktəbə daxil olarkən müəyyən bir məsafəni gözləmək lazımdır, uşaqlar təhsil müəssisələrinə giriş edərkən temperaturları […]
“Telegram”ın milyonlarla istifadəçisinin məlumatları ələ keçdi
“Telegram”ın bir neçə milyon istifadəçisinin məlumatları şəbəkəyə sızıb. Bu barədə “Kod Durova” səhifəsində xəbər verilib. Təxminən 900 MB-lıq baza “darknet” forumlarının birində görüntülənib. Bu, istifadəçi adı və telefon nömrələrini öyrənməyə imkan verir. Hal-hazırda məlumatları ələ keçən istifadəçilərin dəqiq sayı məlum deyil.
ABŞ-ın vitse-prezidenti təyyarənin trapında yıxıldı – VİDEO
ABŞ-ın vitse-prezidenti Maykl Pens Viskonsin ştatına uçmağa hazırlaşarkən kameralar qarşısında pis vəziyyətə düşüb. Aranxeber xəbər verir ki, təyyarənin pilləkənləri ilə göyərtəyə qalxan vitse-prezident yıxılıb. M.Pens nə qədər çalışsa da, tarazlığını qoruya bilməyib.
Türkiyə futbolunda qalmaqal- FOTO/VİDEO
Türkiyə Superliqasının XXVIII turu çərçivəsində keçirilən “Alanyaspor” – “Trabzonspor” oyunundan (2:2) sonra qalmaqal yaşanıb. Çempionluğa namizəd “Trabzonspor”un xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesaba tarazlıq gətirib. Məğlubiyyətdən qurtulmağın sevincini yaşayan “Alanyaspor” matça tribunadan baxan “Trabzonspor” rəhbərliyinin etirazı ilə qarşılaşıb. Narazılığın böyüməsi nəticəsində tərəflərin rəsmiləri tribunada dalaşıb. Daha sonra qonaq komandanın prezidenti Ahmet Ağaoğlu və […]




