Dünya Təhsil

Dünyanın ən gənc universitetləri

Son 50 ildə Asiyada yeni ali təhsil müəssisələrinin sayında davamlı artım müşahidə olunur Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Dünyanın kəskinləşən çağırışları təkcə nüfuzlu ali təhsil müəssisələrini deyil, həm də gənc universitetləri də əhatə etməkdədir. Bu rəqabətlilik mühitində dünyanın yaşı 50 və daha  az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən […]

Dünya Sağlamlıq

Avropada koronavirusun yeni dalğası gözlənilir

Avropada, çox güman ki, payızda koronavirusun yenidən yayılması gözlənilir. Bunu “RİA Novosti”yə açıqlamasında virusoloq, Bonn Universitetinin Tibb Fakültəsi Virusologiya və HİV Tədqiqatları kafedrasının direktoru, professor Hendrik Ştrik deyib. Onun sözlərinə görə, Avropada adi tənəffüs xəstəlikləri və əvvəllər bilinən koronaviruslar soyuq aylarda daha yüksək fəallıq göstərir. Bu viruslar soyuq və quru havalarda, həm də yüksək rütubətdə […]

Dünya

İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi

İtaliyanın cənubunda Neapol Gömrük Mühafizə Polisi Suriyada İŞİD tərəfindən istehsal olunan 14 ton narkotik həb ələ keçirib. Bu, dünyada indiyə qədər bir dəfəyə ələ keçirilən ən yüksək miqdarda amfematin həbidir. Bu barədə Neapol Gömrük Mühafizə Polisinin verdiyi açıqlamada qeyd olunur. Neapol Prokurorluğu tərəfindən Salerno Limanında baş tutan əməliyyatda ələ keçirilən 84 milyon amfematin həbinin Suriyadakı […]

Dünya

Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”

Ankara rəsmi Parisin Türkiyə gəmilərinin Aralıq dənizində Fransa gəmilərinə qarşı təxribat törətdiyinə dair iddialarına cavab verib. “Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və bu səbəbdən Fransa Türkiyədən üzr istəməlidir. Eyni zamanda, M.Çavuşoğlu Türkiyənin Liviyada atəşkəsə nail olmaq üçün bütün ölkələrlə, o cümlədən, Fransa […]

Dünya

Putin seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edildi – VİDEO

Rusiya Prezidenti Vladimir Putin RF Elmlər Akademiyasının binasında yerləşən seçki məntəqəsində birdəfəlik qələmdən istifadəyə məcbur edilib. Müvafiq video “RİA Novosti”nin “Telegram” kanalında yayımlanıb. Xatırladaq ki, bu gün Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. Seçki məntəqəsinə daxil olarkən temperatur ölçülür, birdəfəlik əlcəklər, maska ​​və qələm verilir. Belə tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün görülüb.