Dünya Maraqlı

Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu – VİDEO

Sosial şəbəkələrdə asfaltı dələrək çıxmış göbələklərin görüntüləri yayılıb. “Hue” “Telegram” kanalının yayımladığı kadrlar Rusiya paytaxtında qeydə alınıb. Kadrlarda görüntüləri qeydə alan Moskva sakininin səsi eşidilir. O, yeni, asfaltı dəlib çıxmış göbələkləri tapdığına şad olduğunu deyir. Kadrlar sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəziləri isə mənşəyi bilinməyən belə göbələklərdən uzaq durmağı tövsiyə ediblər.

Dünya Hadisə

Benzin oğurlamaq istəyən sakinlər diri-diri yandılar – ANBAAN VİDEO

Yanacaq maşını yoldan çıxaraq aşıb. Yerli sakinlər vəziyyətdən yararlanmaq istəyərək, benzini kanistrlərə doldurmaq istəyib. Lakin bu zaman partlayış baş verib, azı 10 nəfər diri-diri yanıb. Kolumbiyada baş verən dəhşətli hadisənin görüntülərini RT yayımlayıb. Qurbanlar arasında sakinlərin təhlükəli yerdən benzin götürməsinə müdaxilə etməyən polis əməkdaşları da var. Daha bir neçə nəfər isə yanıq xəsarətləri alıb. Onlardan […]

Dünya Hadisə

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən zəvvarlara Məkkə və Mədinə şəhərlərində yerləşən müqəddəs məkanlara toxunmağı qadağan edəcək. Bu barədə “Aş-Şark al-Ausat” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinə istinadən xəbər verib. “Kəbəyə toxunmaq və öpmək qadağandır”, – nazirliyin açıqlamasında qeyd olunub. Bundan əlavə, Kəbə evi ətrafında maneələr qurulacaq, zəvvarların maska taxması məcburi olacaq.

Dünya İdman

“Qalatasaray” çempionluq şansını itirdi

Türkiyə Super Liqasında 31-ci tur çərçivəsində iki matç keçirilib. Günün ilk matçında “Gənclərbirliyi”  ilə “Fənərbaxça” qarşılaşıblar. Matç 1:1 hesabı ilə yekunlaşıb. Turnir cədvəlinin lideri “Başakşəhər” isə “Dənizlispor”u qəbul edib. Oyun 2:0 ev sahibinin xeyrinə yekunlaşıb. Bununla da “Başakşəhər”lə dördüncü pillədə qərarlaşmış “Qalatasaray”ın xal fərqi 14-ə çatıb. Bu isə o deməkdir ki, “Qalatasaray” çempionluq şansını artıq itirib. 

Dünya Hadisə

İsrail İranın nüvə obyektində partlayış törədib? – İDDİA

İsrail İranın Natanz nüvə obyektində partlayıcı qurğunu işə salmaqla təxribat törədib. Bu barədə “The New York Times” nəşri məlumat yayıb. Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı iyulun 2-də İranın Natanz nüvə obyektində yanğının baş verməsi barədə məlumat yaymışdı. Yanğın nəticəsində xəsarət alan olmayıb. Nüvə və digər radioaktiv materialların sızması qeydə alınmamışdı. Anonim kəşfiyyat mənbəyindən “The […]