“Barselona” azarkeşləri Çempionlar Liqasında “Bayern Münih”ə rüsvayçı şəkildə məğlub olan komandalarını kəskin narazılıqla qarşılayıblar. Bu barədə “Daily Mail” məlumat yayıb. Azarkeşlər “Barsa” futbolçularını fitə basaraq onların ünvanına təhqirlər səsləndiriblər. Yalnız Ansu Fati və Riki Puiq azarkeşlər tərəfindən alqışlanıb. Qeyd edək ki, Barselona Bayern Münihə qarşı 8-2 lik məğlubiyət yaşayıb.
Dünya
Yeni dərs ili sentyabrın 15-də başlayacaq
Sentyabrın 15-də ölkə üzrə 2 min 84 orta məktəbdə yeni tədris ili başlayacaq. Aranxeber AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan Təhsil Nazirliyi məktəblərlə bağlı vacib tövsiyələr hazırlayıb. Tövsiyələrə əsasən şagirdlər arasında 1 metrlik sosial məsafə olacaq. Şagirdlərdən başqa, məktəb binasına daxil olan bütün şəxslər – müəllimlər, tərbiyəçi və texniki işçilər tibbi maska taxmalıdırlar. Məktəb binasına daxil olan […]
“Fənərbaxça”nın futbolçusu “Başakşəhər”ə keçib
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Hasan Ali Kaldırım komandası ilə yollarını ayırıb. Aranxeber-in məlumatına görə, bunu sosial şəbəkədə paylaşım edən futbolçunun özü açıqlayıb. “Fənərbaxça” ilə vidalaşan oyunçu karyerasını digər İstanbul klubunda davam etdirəcək. O, son çempion “Başakşəhər”lə anlaşıb. Kaldırım bu gün tibbi müayinədən keçəcək.
Putin üç generalı istefaya göndərdi
Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsinin üç generalının vəzifələrindən azad edilməsi üçün sərəncam imzalayıb. Bununla bağlı RBK məlumat yayıb. Bildirilib ki, istefaya göndərilənlər – general-mayor Andrey Bunyev, general-mayor Sergey Vasyulin və general-leytenant Vadim Buqayenkodur. Hər üç şəxs vəzifədən azad olunmaq üçün Putinə ərizə ilə müraciət etmişdi.
Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”
Livanın Beyrut limanında yükü partlayan “Rhosus” gəmisinin kapitanı “Moskva 24” telekanalına müsahibə verib. Boris Prokoşevin sözlərinə görə, gəmi üç tona yaxın konsentrat ammonium-nitratı Batumidən Mozambikə aparırmış. “Mən elə bildim ki, bu gübrədir. Fikirləşdim ki, məqsəd sahəni gübrələməkdir. Sənəddə belə yazılmışdı”, – kapitan deyib. O qeyd edib ki, gəmidə hər yer bağlı imiş, açarlar isə limanın Miqrasiya […]




