Erməni işğalçıları artıq Laçın rayonunu tərk etməyə başlayıblar. Bu barədə görüntüləri “Sputnik Ermənistan” yayıb. Qeyd edək ki, işğalçılar dekabr ayının 1-nə kimi Laçını tamamilə tərk etməlidirlər. https://player.baku.tv/embed/28087
Dünya
“Kontakt Home”dan Türkiyə brendlərinə dəstək – 50%-DƏK ENDİRİM
Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı şəbəkələrindən olan “Kontakt Home” noyabrın 11-dək bütün türk brendlərinin məhsullarına 50%-dək endirim kampaniyası elan edir. Kampaniyanın əsas məqsədi türk brendlərinin satışını artırmaqla qardaş ölkənin iqtisadiyyatına dəstək olmaqdır. “Azərbaycan ilə Türkiyəni sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Xüsusən də son hadisələrin müstəvisində qardaş ölkənin bizə olan dəstəyi danılmazdır. Buna görə “Kontakt Home” […]
İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsıldı
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir. “Haber Global”ın məlumatına görə, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar ətraf rayonlarda da hiss olunub. Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub.
Türkiyədə terror aktı törədilib
Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda partlayış baş verib. Bu barədə “Hürriyet” yazıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Hatay valisi Rahmi Doğan “Twitter” hesabından partlayışla bağlı qeyd edib: “Təhlükəsizlik orqanlarının Payas yoxlama məntəqəsində şübhələndiyi iki terrorçudan biri İskenderunda zərərsizləşdirilib və bu zaman partlayış meydan gəlib”. Vali partlayış zamanı insan itkisinin […]
“iPhone 12”nin əsas çatışmazlığı məlum olub
“iPhone 12” smartfonlarındakı ilk araşdırma müəllifləri batareyasının ömrünün az olduğunu deyiblər. Bu barədə “The Verge” məlumat yayıb. Bildirilir ki, “iPhone 12 Pro”nun batareyasının ömrü “4G” və “5G” şəbəkələri ilə istifadə zamanı çox fərqlənəcək. Bu barədə danışan nəşrin redaktoru Nilay Patel bildirib ki, smartfonunun enerji saxlama qabiliyyətini yoxlamaq üçün xüsusi olaraq beşinci nəslin sabit şəbəkəsinin olduğu Nyu-Yorka […]




