Dünya Hadisə

Ərdoğan: “Türkiyə tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”

“Türkiyə eynilə bir əsr əvvəl Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun etdiyi kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”. “Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyi ilə 44 gün davam edən Vətən müharibəsini, həmd olsun, şərəfli bir zəfərlə taclandırıb. 30 ildir işğalda […]

Dünya Hadisə

İranın Türkiyədəki səfirliyi: “Yanlış anlama aradan qaldırılıb”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Cavad Zərif arasında keçirilən telefon danışığında son dövrlərdə yaşanmış yanlış anlama aradan qaldırılıb. Bu barədə İranın Türkiyədəki səfirliyinin “Twitter” hesabında qeyd edilib. “Tərəflər iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi və genişləndirilməsinin önəmini vurğulayıb”, – deyə İran səfirliyindən bildirilib.

Dünya Hadisə

Peskov: “Rusiya Qarabağla bağlı mövqeyini dəyişməyib”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, digər ölkələr kimi, Rusiyanın da Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib. “RİA Novosti” xəbər verir ki, o bu ərazinin mənsubiyyətinin uzun müddətdir Təhlükəsizlik Şurasının (BMT) qərarları ilə müəyyənləşdirildiyini qeyd edib: “Bu ərazinin mənsubiyyəti BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə çoxdan təyin olunub. Bütün bunlar Təhlükəsizlik […]