Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib. Aranxeber xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib. Qadın sürücünün idarə etdiyi avtomobil onu azyaşlı olmaqla, eyni anda 13 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.
Mingəçevir
Mingəçevir. 38 yaşlı qadın qətlə yetirildi
Mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq, öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Aranxeber xəbər verir ki, Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət […]
Mingəçevir sakinindən silah götürüldü
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədi ilə uğurlu əməliyyat tədbiri keçirilib. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Mingəçevir şəhər sakini Surac Abbasovdan müvafiq sənədləri olmayan 16 çaplı, yivsiz ov tüfəngi aşkar edilərək götürülüb. Faktla […]
Mingəçevirdə evlər və həyətlər su içində qaldı
Mingəçevirdə bir neçə sakinin həyətinə su dolub. Şəhər sakinləri bildirir ki, bu vəziyyət güclü yağışlardan sonra yaranıb. Çətinliyə səbəb suvarma suyu üçün Qarabağ kanalından borular vasitəsi ilə verilən suyun qarşısının tutulması göstərilir. Su borulardan rahat axıb getmədiyindən yaxınlıqdakı həyətlərə və evlərə dolub. Sakinlər aidiyyəti qurumların məsələdən xəbərdar olduğunu deyir. Ərazidə yaranan çətinliyin aradan qaldırlması üçün […]
64 yaşlı kişi Yuxarı Qarabağ kanalında batıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub. Aranxeber-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək




