Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər […]
Mingəçevir
Hacıqabulda qaz xəttində yanğın – VİDEO
Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb. Bununla bağlı Nazirliyin rəsmi saytında məlumat dərc edilib: “İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək”. Qeyd edək ki, Hacıqabul […]
Güclü yağış Mingəçevirdə sürüşməyə səbəb oldu – VİDEO
Uzun müddət davam edən quraqlıq, ardından yağan güclü yağış Mingəçevirdə sürüşməyə səbəb olub. Təbiət hadisəsi şəhərin “Turbaza”, yəni turist bazası adlanan ərazisində, hazırda məcburi köçkünlərin məskunlaşdığı yerdə baş verib. Sürüşmə zamanı iki iri gövdəli şam ağacı kökündən qopub. Bir neçə yaşayış evi təhlükəli vəziyyətə düşüb, toyuq-cücə məhv olub. Ərazidə yaşayanlar bildirib ki, güclü yağış yağarkən evlərin […]
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub – FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman elə şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış […]
Mingəçevirdə avtoqəza olub, xəsarət alan var
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Samux küçəsindəki işıqforda qeydə alınıb. “VAZ 2104” markalı minik maşını “Nissan” markalı avtomobillə toqquşub. Müxtəlif bədən xəsarəti alan “VAZ”-ın sürücüsü, 1958-ci il təvəllüdlü Niftəliyev Ramiq Mürşüd oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.




