Hadisə Region Saatlı

Saatlıda karantin qaydalarını pozan kafe aşkarlandı – FOTO

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Körpü” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin […]

Region Saatlı

Saatlıda yerli pambıq sortu yetişdirilir – VİDEO

Elmi-Tədqiqat və Bitki Mühafizəsi İnstutunun əməkdaşlarının araşdırmaları ilə əldə olunan yerli sort pambıq toxumları özünü doğruldub. Baku TV xəbər verir ki, fermerlər ötən illərdə təcrübə əkin sahələrində sınaqdan çıxan “Gəncə 110” sortuna artıq müraciətləri artırıb. Bu növ pambığın əkini Saatlı rayonunda aprel ayından başlayıb. Belə fermerlərdən biri də Əliabbas Şəmmədovdur. 20 hektar sahədə məhsul əkən fermer […]

Hadisə Region Saatlı

Saatlıda ailə faciəsi: Oğul anasını səhvən güllələyib öldürdü – VİDEO

Saatlıda oğul anasını güllələyərək öldürüb. Aranxeber xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kamallı kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Raciv Qənbərov ehtiyatsızlıqdan anası, 54 yaşlı Tavuz Qənbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib. 54 yaşlı qadının meyiti Sabirabad morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. […]

Hadisə Region Saatlı

Saatlıda qatar avtomobili vurub, yaralılar var

Saatlı rayonunda qatar avtomobili vurub. Aranxeber APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb. Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Soltanabad kənd sakinləri, 1994-cü il […]

Hadisə Region Saatlı

Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu – FOTO/VİDEO

Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb. Hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb. Dəmir yolunu keçən “ATECO” markalı yük maşınını qatar vurub. Nəticədə, sürücü ağır xəsarət alıb. Yaralı sürücü qolunun travmatik amputasiyası vəziyyətində təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.