Hadisə Region Saatlı

Saatlıda ev yanıb

Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 156 m² sahədə və dam örtüyü yanıb. Aranxeber Fövqəladə Hallar Nazirliyinin saytına istinadən  xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Region Saatlı

Saatlı RİH başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib. “Unikal.org”un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb. Onların yerinə hələlik təyinat yoxdur. Xatırladaq ki, Elmir […]

Hadisə Region Saatlı

Saatlıda yeyib-içmək məclisi təşkil etmək baha başa gəldi

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir. Aranxeber xəbər verir ki, Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək, xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin […]