Region Zərdab

Zərdab rayon sakinlərinin nəzərinə

15.09.2020-ci il tarixdə saat 14:00-dan işlər qurtaranadək qaz sızmalarının aradan qaldırılması, qapı keçidlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Zərdab şəhərinin Zərdabi, Azərbaycan, M.Hüseyn, Sabir, Vaqif, Vidadi, Axundov, M.Xəlilov küçələrinin və “Qumlu” adlanan yaşayış sahəsinin qaz təchizatında fasilə yaranacaqdır.

Hadisə Region Zərdab

Zərdabda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs Bakıya gətirildi

Zərdab rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Aranxeber xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmmədov İnam Aslan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğundan sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qabırğalarının sınığı diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Hadisə Region Zərdab

Zərdabda kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar

Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumat görə, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, […]

Hadisə Region Zərdab

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanıldı – FOTO

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq, Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı […]

Region Zərdab

Siyavuş Novruzov: “Zərdabda turizm var?”

“Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bu birləşdirilib, mərkəzi Xaçmaz rayonuna salınıb. Digər bölgəni isə Zərdaba salıblar. Zərdabda turizm var? Buna görə də, qərar verəndə məsələlər düzgün qiymətləndirilməlidir”. Bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi rayonlar birləşdirilməlidir. Eyni zamanda, S.Novruzov Azərbaycanın Qərb bölgəsində təhsil idarələrinin mərkəzləşdirilməsini tənqid edib: “Qazaxdan Gəncəyə […]