Son illər Azərbaycanda tarixi-mədəni abidələrin qorunub saxlanılması istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla tarixi-mədəni irsimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. İmişli rayonu ərazisində də tarixi keçmişlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Arxeoloji qazıntılar zamanı tapılmış Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşyalarının ən azından üç min ildən […]
İmişli
İmişlidə ilk dərs günü keçirilib – Foto
İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil məktəblərində ilk dərs günü keçirilib. Yeni tədris ilində İmişli rayonunun ümumtəhsil məktəblərində 17674 nəfər şagird təhsil alacaq ki, onlardan 1680 nəfər I siniflərdə, məktəbəhazırlıq qruplarında isə 1390 nəfər uşaq, IX siniflərdə 1362 nəfər şagird və XI siniflərdə isə 1029 nəfər şagird təhsil alacaq. Təhsil nazirinin əmrinə əsasən ilk dərslər […]
İmişli rayonunda ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış məzunlarla görüş keçirilib.
12 sentyabr tarixində İmişli Gənclər Mərkəzində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı, Təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları, valideynlər və 600-dən yuxarı bal toplayan məzunlar iştirak ediblər. Tədbirdə RİH-nin başçısı Elçin Rzayev çıxış edərək yüksək bal toplayan gəncləri, onların müəllimlərini və valideynlərini təbrik edib. “Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”, – deyən […]
İmişli rayonu üzrə ümumtəhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.
Aranxeber xəbər verir ki, ali məktəblərə qəbul üçün sənəd vermiş İmişli rayonunun ümumtəhsil məktəblərinin məzunlarından 8 nəfəri 600-dən çox bal toplayıb. Ali məktəblərə qəbul imtahanlarında İmişli şəhər 5 saylı məktəb-liseyin məzunları Elsevər Şükürlü 628, Orxan Kazımlı 616 bal, şəhər 4 saylı məktəbin məzunu İnşallah Xəlilli 635 bal, şəhər 2 saylı tam orta məktəbin məzunu Ləman Hüseynli […]
Kürdəmirdə 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən atıb
Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb. Aranxeber xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu “VAZ-2107” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman A.Şükürova hərəkətdə […]




