İmişlidə məmur özbaşınalığından şikayətlənən kənd sakini, əkdiyi pambığı yandırmaq məcburiyyətində qaldı. Aranxeber xəbər verir ki, hadisə İmişli rayon Qaravəlli kəndində baş verib. Kənd sakini Əhmədov Yəhya İmişli MKT-nin imzaladığı müqaviləni pozaraq pambıq məhsuluna sahib çıxmadığını idia edərək, ailəsini dolandırmaq üçün əkib-becərdiyi , bir il əziyyət çəkib yetişdirdiyi məhsulu pambıq sahəsində od vuraraq yandırıb.
İmişli
İmişlidə birmərtəbəli evdə yanğın olub
İmişli rayonunun Qaralar kəndində ümumi sahəsi 120 kvadrat metr olan kürsülü, birmərtəbəli evin qamışdan ibarət tavanı 10 kvadrat metr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişlidə “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyası davam etdirilməkdədir.
Ötən gün İmişli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər ərazisində yaşayan aztəminatlı ailələrə növbəti dəfə ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət sovqatlar paylanılıb. Möhtərəm Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı altında keçirilən aksiyada 300 ailə sevindirilib. Həyata keçirilən aksiya çərçivəsində sovqatlar aztəminatlı ailələrə yaşadıqları ünvanda təqdim edilib. Vətəndaşlarla maarifləndirici söhbətlər aparan rayon İcra […]
İmişli RİH başçısı pambıq yığımı ilə əlaqədar “MKT İK” MMC-nin İmişli rayon filialında yaradılmış şəraitlə tanış olub.
Son illər ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri də pambıqçılıqdır. Cari ildə İmişlidəki pambıq sahələrində bol məhsul yetişdirilib. Artıq bir neçə gündür ki, rayon ərazisində pambığın yığılmasına başlanılmışdır. Pambıq qəbulu ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı “MKT İK” MMC-nin İmişli rayon filialında yaradılmış şəraitə baxış keçirmiş, burada pambığın qəbulu, keyfiyyəti, qurudulması və mahlıc emalına […]
İmişlidə valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”
İmişli rayonu, Vətən Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir, rüşvət alır, müəllim adına yaraşmayan hərəkətlər edir. Bu iddia ilə bağlı “Qafqazinfo”ya bir qrup şikayətçi kənd sakini müraciət edib. Məktəbin qarşısına toplaşaraq etiraz edən sakinlər artıq direktorun əməlləri ucbatından uşaqlarını məktəbə göndərmək istəmədiklərini bildiriblər. Vüqar Muradov adlı valideynin ittihamına görə, […]




