İmişlidə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Arıçılıq gəlirli sahə olduğundan təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlərin də sayı get-gedə çoxalır. Dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət […]
İmişli
İmişlidə 14 min hektardan çox sahədə payızlıq taxıl əkilib.
İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır. Cari ildə 17 min 150 hektar taxıl sahəsindən […]
Vilyam Hacıyevin şikayəti təmin edilməyib
Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verdiyi şikayətə baxılıb. APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V. Hacıyevin şikayəti təmin edilməyib. Xatırladaq ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsində V. Hacıyevin həbs […]
İmişlidə evdə narkotik aşkarlandı
İmişli sakinindən narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərdən birini qəsdən yandırmaqda şübhəli bilinən Bəhrəmtəpə qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun Çaxırlı kəndindəki atasına məxsus evə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana, çətənə toxumu, iki tərəzi və […]
İmişlidə koronavirus infeksiyasına qarşı reydlər mütəmadi olaraq davam etdirilməkdədir.
Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr İmişli rayonunda da ardıcıl yerinə yetirilir. Belə ki, bu gün rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin və rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının birgə iştirakı ilə rayon ərazisində yerləşən ticarət, […]




