İmişli rayonu ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlər davam etdirilir. Belə ki, əkin yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təhciz etmək məqsədi ilə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində yeni su nasos stansiyası inşa edilib. Yeni su nasos stansiyası mənbəyini Təzə Rəsularxdan götürür və müntəzəm olaraq Bəhrəmtəpə qəsəbəsini, […]
İmişli
İmişlidə yeni məktəb binası inşa edilir.
İmişli rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir. Hazırda rayonun Muradxanlı kəndində 264 şagird yerlik tam orta məktəb binasının tikintisi davam etdirilir. Binanın dam örtüyü vurulmuş, pəncərələri, elektrik və istilik sistemləri quraşdırılmışdır. Eyni zamanda bina daxilində üzlük-kosmetik, kafel və döşəmə işləri aparılır, idman zalının tavan […]
İmişli rayonunda suvarma kanalı inşa edilir.
Rayonunun Ağaməmmədli kəndində suvarma suyu ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılması üçün rayonun aidiyyəti müəssisə və təşkilatlarının daxili imkanlar hesabına uzunluğu 2.2 km olan suvarma kanalı inşa edilir. Bu kanalın çəkilişi tək Ağaməmmədli kəndinin deyil, əlavə olaraq bir neçə kəndin suvarma sahəsində olan problemini aradan qaldıracaq. Sürətli gedən iş nəticəsində artıq kanalın çəkilişi başa çatmaq […]
İmişli RİH-in şəhər üzrə nümayəndəsi işdən çıxarıldı
İmişli RİH başçısının İmişli Şəhər üzrə nümayəndəsi Sarıyev Cavid tutduğu vəzifədən azad edilib. Aranxeber Avropa.info–ya istinadən xəbər verir ki, bu barədə İmişli rayon icra başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb. İşdən azad edilən İmişli Şəhər icra nümayəndəsinin vəzifələrinin icrası İmişli RİH-nın İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kərimov Fuad Möhübbət oğluna həvalə olunub.
Yeni başçı Vilyam Hacıyevin kadrını işdən çıxardı
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev köməkçisini işdən çıxarıb. Unikal.org-un məlumatına görə, E.Rzayevin əmri ilə köməkçisi Emil Süleymanov tutduğu vəzifədən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, E.Süleymanov DTX əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin köməkçisi olub.




