İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən İmişli rayon sakini Sevda Quliyeva saxlanılıb. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Sevda Quliyeva İmişli rayonunda yaşayan sakinlərə qarşı dələduzluq edərək, onları müxtəlif bəhanələrlə aldadıb, bununla […]
İmişli
İmişlili deputat Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərova qarşı “od püskürdü”: “Heç telefonuda qaldırmır”
“Prezidentin dünən keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib. O bildirib ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar: “Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın […]
İmişlidə modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb.
Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 6 may tarixli Sərəncamına uyğun olaraq İmişli rayonunun Oruclu kənd ibtidai məktəbi üçün 40 yerlik modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Tikinti işləri Providence Doytch Limited MMC tərəfindən aparılır. Məktəbin yeni binasında 5 sinif və 1 müəllim […]
İmişlidə məktəbdən altı kompüter və televizor oğurlandı – VİDEO
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində müxtəlif vaxtlarda oğurluqlar törədən şəxslər saxlanılıb. Avqustun 1-də rayonun Otuziki kənd məktəbindən polis şöbəsinə daxil olan məlumatda məktəbin kompüter avadanlıqlarının oğurlandığı bildirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Otuziki kənd sakini Musa Məlikov saxlanılıb. Məlum olub ki, adıçəkilən şəxs məktəbdən altı ədəd noutbuk və bir ədəd […]
İmişli rayonunda yerləşən antropogen göllərdən Baş Muğan kanalına su vurulmasına start verilib.
İmişlidə göllərdəki su ehtiyatı hesabına rayon ərazisində suvarmada yaşanan problemi aradan qaldırmaq mümkün olacaq. Belə ki, 03.08.2020-ci il tarixdə rayonun Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb. Bununla bağlı keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın prezidenti […]




