Hadisə Kürdəmir Region Sağlamlıq

Kürdəmirdə bir kənddə onlarla insan koronavirusa yoluxdu

Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb. Aranxeber  xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar. Xəstələrin sayının artacağı istisna olunmur. […]

Hadisə Kürdəmir

Kürdəmirdə kişi 35 yaşlı oğlunu qətlə yetirdi

İyulun 12-də, saat 08 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olub. Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) […]

Hadisə Kriminal Kürdəmir Region

Kürdəmirdə ata oğlunu güllələdi

Kürdəmirdə qətl hadisəsi törədilib. Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb. Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən […]

Hadisə Kürdəmir Region

Kürdəmir sakini otlaq sahəsindən həmkəndlisinin heyvanlarını oğurladı – VİDEO

Kürdəmir rayonu, Qarabucaq kənd sakini Məhərrəm Fərzəliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, otlaq sahəsindən ona məxsus 12 baş iribuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib. Baku TV xəbər verir ki, bununla əlaqədar olaraq, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən şəxsin Qəbələ rayon sakini və […]

Hadisə Kürdəmir Region

Kürdəmir sakini soyuducuda bunu saxlayırmış…..

Kürdəmir sakininin üzərində narkotik maddə aşkarlanıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayon ərazisindən keçən hissəsində əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayonunun […]