Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb. Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar. Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Kürdəmir
Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var – FOTO
Kürdəmirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “QAZel” markalı avtomobilin sürücüsü 39 yaşlı Fizuli rayon sakini Orucov Siyavuş Telman oğlu həmin yolda hərəkətdə olarkən onunla əks istiqamətdə olan 65 yaşlı Ağsu rayon sakini Ağaverdiyev Təşkilat Ağa oğlunun idarə etdiyi “VAZ 2106” […]
İmişli, Kürdəmir və daha bir neçə rayonlardan 31 baş mal-qara oğurlayanlar tutulub – VİDEO
Kürdəmir rayon sakinləri Rauf Şükürov, Cəmil Babayev və Sevan Şəmiyev müxtəlif vaxtlarda Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus müvafiq olaraq 10, 13 və 8 baş olmaqla, ümumilikdə 31 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumat veriblər. Bununla əlaqədar olaraq, Kürdəmir və Qəbələ Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisinin 7-ci tağımının əməkdaşlarının […]
Kürdəmirdə ad günü keçirmək istəyən 15 nəfər cərimələndi – VİDEO
Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlanıb. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər rayon sakininin ad günü keçirərək karantin qaydalarını pozması faktı aşkarlayıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq rayon polis şöbəsinə dəvət olunublar. İlkin olaraq polis […]
Kürdəmirdə narkotacir tutuldu – VİDEO
Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakininin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və yaşadığı evdə saxlaması, daşıması, habelə evinin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub. Aranxeber xəbər verir ki, keçirilən əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş Balaş Nəhmədov saxlanılıb. Polis əməkdaşları Balaş Nəhmədovun yaşadığı evə baxış keçirib. Oradan 77 […]




