Kürdəmir sakinindən qanunsuz silah götürülüb. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Qarasu kənd sakini X.Quliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Kürdəmir
Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb. Belə ki, sürücü, 24 yaşlı Cəfərov Yolçu Şaiq oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına […]
Kürdəmirdə “Mercedes” yol kənarındakı tikiliyə çırpıldı: Xəsarət alan var – VİDEO
Kürdəmirdə sürücünün xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Baku TV xəbər verir ki, qəza rayonun Vaqif prospektində qeydə alınıb. Ağdam rayon sakini, 38 yaşlı Süleymanov Əli Kamil oğlu “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə zamanı sürücü […]
Kürdəmirdə qadını öldürüb yandıran şəxsin kimliyi müəyyənləşdi – RƏSMİ
Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 29.11.2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilib. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. İki il əvvəl törədilmiş hadisə ilə bağlı […]
Kürdəmir sakini olan üç nəfər narkotiklə saxlanıldı – FOTO
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Şaiq Faiq oğlu Əhmədovdan 7.551 qram heroin, 2.225 qram metamfetamin, 0.44 qram qurudulmuş marixuana götürülüb. Eyni zamanda Kürdəmir rayonunun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramil Arif oğlu Bünyatovdan 4.013 qram heroin, 0.58 qram marixuana, 0.352 qram metamfetamin, Atakişili […]




