Rusiya koronavirusa görə Çinlə sərhədi bağlayıb. aranxeber.com RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb. “Bu gün sərəncam imzalanıb. Uzaq Şərq vilayətində sərhədlərin bağlanması ilə əlaqədar hökumətin görəcəyi tədbirlər və digər addımlar barədə məlumat verəcəyik”, – M.Mişustin qeyd edib.
Sosial
Tofiq Qasımov vəfat edib
Bu gün, yanvarın 29-da səhər saatlarında Azərbaycanın keçmiş xarici işlər naziri, bir müddətdir mühacirətdə yaşayan Tofiq Qasımov vəfat edib. aranxeber.com AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu barədə yayılan məlumatı Müsavat Partiyasının başqanı Arif Hacılı da təsdiqləyib. «Keçmiş nazir Tofiq Qasımovun vəfatı ilə bağlı məlumatı yaxın dostu Mirbaba Babayev yayıb və məlumat həqiqətdir», – o qeyd edib. […]
“7 rayonun qaytarılma sənədi var, müzakirədədir” – Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ məsələsi ilə bağlı onlara saxladığı mirasdan danışıb. aranxeber.com qaynarinfo-ya istinadən xəbər verir ki, Paşinyan ictimaiyyətə açıqlamasında qeyd edib ki, yeddi rayon – Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə bağlı sənəd artıq hazır idi. “Sənəddə Ermənistanla Qarabağ arasında dəhliz saxlanılacaqı da qeyd […]
Fevraldan pensiyalar 15% artırılır – AÇIQLAMA
“Əmək pensiyaları orta aylıq əməkhaqqının 2019-cu ildəki artım teminə uyğun şəkildə indeksləşdiriləcək”. aranxeber.com Marjaya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib. “Bütün pensiyaçıların təqüdlərinin sığorta hissəsi ötən il əməkhaqqının artım teminə uyğun şəkildə indeksləşdiriləcək. Bizim təxmini gözləntimiz 15% ətrafındadır. Son illər ərzində bu […]
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib
Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. aranxeber.com xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir. Qurum bəyan edib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə […]




