Sosial Təhsil

DİM: İmtahanlarla əlaqədar lazımi məlumatlar veriləcək

“Bildiyiniz kimi bu günlərdə koronavirus (COVİD-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir və bu çərçivədə bir sıra kütləvi tədbirlər təxirə salınıb. Dövlət İmtahan Mərkəzi də vətəndaşların sağlamlığını qorumaq məqsədilə kütləvi imtahanların keçirilməsini müvəqqəti dayandırıb”. Aranxeber APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Novruz bayramı ilə əlaqədar təbrik məktubunda […]

Dünya Sağlamlıq Sosial

İtaliyada sutka ərzində koronavirusdan 475 nəfər ölüb

İtaliyada sutka ərzində COVİD-19 koronavirusundan 475 nəfər ölüb. Aranxeber “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 35 mini ötüb, onlardan 2978 nəfəri ölüb, 4025 nəfəri isə sağalıb.

Baş Ölkə Sosial

Ünvanlı sosial yardım alanlar üçün yeni xəbər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq. Aranxeber  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mətbuata verilən məlumata görə, proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır. Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda […]

Baş Ölkə Sağlamlıq Sosial

DYP-dən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə bağlı AÇIQLAMA

Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP (Dövlət Yol Polisi) İdarəsi açıqlama yayıb. Aranxeber Trend-ə istinadən xəbər verir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, […]

Baş Ölkə Sağlamlıq Sosial

Bakı, Sumqayıt və Abşerona giriş martın 19-dan dayandırılır

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Aranxeber APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu məqsədlə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və […]