“WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfər inzibati həbs olunub, 5 nəfər isə cərimə edilib. Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Qeyd olunub ki, ötən sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən […]
Sosial
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Aranxeber xəbər verir ki, bu barədə mətbuata Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və […]
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir. Aranxeber xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq […]
DİM: Onlayn sınaq imtahanları pulsuz oldu
Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilən bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib. Aranxeber ödənişsiz sınaq imtahanlarının siyahısını təqdim edir: • IX sinif Buraxılış 2020 […]
Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Aranxeber xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov mətbuata açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb. O qeyd edib ki, […]



