Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə nəqliyyat vasitələrinə təhlükəsizlik kameraları vasitəsi ilə cərimə tədbiq edilməsinə dair yayılan məlumatlara münasibət bildirib. Aranxeber APA-ya istinadən xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələya aydınlıq gətirərək bildirib ki, sosial şəbəkələrdə guya şəhərdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsi ilə cərimə tətbiq […]
Sosial
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Aranxeber xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan mətbuata verilən məlumata görə, qərarə əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, […]
DİM şagirdlər üçün elektron imtahanlar keçirə bilər
“Şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır”. Aranxeber xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciətində deyib. O qeyd edib ki, elektron […]
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
Aranxeber xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib. Müraciətdə deyilir: “Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər! Bu günlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra […]
İqtisadiyyat nazirinə yeni müavin təyin olundu
Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin olunub. Aranxeber “APA-Ecinomics”ə istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev tərəfindən bununla bağlı müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, S. Ələkbərov bundan əvvəl Vergilər nazirinin müavini vəzifəsində çalışıb. S. Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər […]




