Hadisə Sosial

“Nar bayramı” da UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə Siyahısına daxil edildi

Məlum olduğu kimi, 14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir. Bu gün, 16 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur.  Ölkəmiz üçün mühüm […]

Hadisə Sosial

Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi, nazir müavini dünyaya çağırış etdi – FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib. O, bu barədə “Twitter” hesabında paylaşım edib. “Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün […]

Hadisə Sosial

Xalq artisti vəfat etdi

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib. Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.  Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi […]

Ölkə Sosial

Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub. Məlumata görə, qeydə alınmış boşanma hallarının sayı isə 11 min 089 olub. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.