Aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, aprelin 21-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə mətbuata Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Bir neçə gün davam edən isti, yağmursuz hava şəraitindən sonra aprelin 21-i axşam Azərbaycanın şimal və […]
Sosial
Tanınmış xeyriyyəçidən nəcib təşəbbüs – İmişlidə yüzlərlə ailəyə yardım edilib
İmişlidə 650 ailəyə yardım edilib Tanınmış xeyriyyəçisi Şükür Astanov şəxsi vəsaiti ilə İmişlinin 29 yaşayış məntəqəsi üzrə ümumilikdə 600 ailəyə ərzaq yardımı edib. Sovqatlar karantin günlərində qida çatışmazlığı ilə üzləşən aztəminatlı ailələrə, evdən çıxa bilməyən yaşlı insanlara çatdırılıb. Ş. Astanovun rəhbərlik etdiyi 6 nömrəli Magistral Yolların İstismarı Məhdud Məsuliyyətli Cəmiyyəti pandemiyanın ölkəmizə zərərli təsirlərinin qarşısının […]
Sadələşdirilmiş vergi endirilir
“Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb”. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi videobağlantı formatında iclasda məlumat verib. “Paket bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri […]
Deputat qaz və işıq sərfiyyatının sıfırlanmasını təklif edir.
“Qaz və işıq sərfiyyatı ehtiyacı olan insanlar üçün sıfırlansın”. Aranxeber APA-ya istinadən xəbər verir ki, bu, gün Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib. […]
Ramazan ayının təqvimi açıqlandı -imsak və iftar vaxtları
Ramazan ayının təqvimi açıqlanıb. Musavat.com-un məlumatına görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub. Şəvval ayının 1-i (24 may) Fitr bayramıdır. Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 25-dən başlayır. Ramazan bayramı isə 24-25 may tarixlərinə təsadüf edir.




