Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliklə əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdirilir. Belə ki, hazırkı qanunvericiliyə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti […]
Sosial
Maliyyə naziri: “Təhsil kreditləri ilə bağlı məsələyə baxılır”
“Cənab Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır. Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. Onun […]
Sığorta ödənişi alan şəhid və xəsarət alan hərbi qulluqçuların sayı açıqlandı – RƏSMİ
Şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin verilməsi təmin olunub. Bu barədə Mərkəzi Bank tərəfindən məlumat verilib. Bildirilib ki, 18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4 min 138 şəxsə ödəniş edilib, onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 min 387 nəfəri isə xəsarət alanlardır. Əlavə edilib ki, […]
“YAŞAT” yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başladı – FOTO
“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını da qarşılamağa başlayıblar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu 3-cü dəfə insult keçirdiyinə görə hazırda müalicə alır. Müddətindən asılı […]
Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlandı – RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan […]




