Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı faktı təsdiqləyib.
Sosial
İmişlinin yeni başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün İmişli rayonuna yeni icra başçısı təyin edib. Aranxeber xəbər verir ki, İmişlinin yeni icra başçısı Rzayev Elçin Adil oğlu 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib. Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində […]
Yeni təyin olunan icra başçısı kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Aranxeber oxu.az-a istinadən xəbər verir ki, Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin […]
Ağstafaya yeni icra başçısı təyin olundu
Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Aranxeber xəbər verir ki, sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İlham Əliyev İmişliyə icra başçısı təyin etdi
Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Aranxeber xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.




