Azərbaycanda iyunun 21-də müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, […]
Sosial
Buraxılış və qəbul imtahanları ilə bağlı son vəziyyət açıqlandı – VİDEO
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib. Aranxeber xəbər verir ki, növbəti konfrans buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı olub. M.Abbaszadə konfransı “Zoom” proqramı vasitəsilə onlayn keçirib.
Türkiyədə sosial eksperiment: Azərbaycan bayrağını “yandırmaq” istədi və… – VİDEO
Türkiyədə maraqlı sosial eksperiment keçirilib. Aranxeber xəbər verir ki, Mehmet Ali Ek adlı türkiyəli “yutuber” eksperiment zamanı Azərbaycan bayrağını “yandırmaq” istəyib. Bu zaman ətrafdakılar ona mane olub və Azərbaycanın qardaş ölkə olduğunu bildiriliblər. Bəziləri isə Ekin bu hərəkətinə çox sərt reaksiya verib. O, sosial eksperimentin görüntülərini şəxsi “YouTube” hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik: oxu.az
Rayonlara torpaq yolla keçmək istəyənlər cərimələnəcək
“Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə müəyyən olunaraq, cərimələnəcək”. Aranxeber xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin vasitələr karantin postları istiqamətində olan yollarda quraşdırılacaq və postlarda rayon istiqamətinə torpaq yolla […]
“190 manatlıq ödəniş iyun və iyul ayında da verilsin!” – Deputat məsələ qaldırdı, nazir cavab verdi
Əli Məsimlinin qaldırdığı məsələ hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil”. Bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov işsizlərə verilən 190 manatlıq birdəfəlik ödənişlə bağlı deyib. O bildirib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək. “Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz […]




