ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyənləşdiriblər ki, insanın yaşı ilə onun dünyaya pozitiv baxa bilmək bacarığı arasında əlaqə mövcuddur. Bununla bağlı keçirilmiş tədqiqatın nəticələri “Journal of Research in Personality” nəşrində dərc edilib. Elmi tədqiqatda məqsəd nikahın, boşanmaların, yeni işə başlamağın, pensiyaya çıxmağın, eyni zamanda səhhətdə baş verən dəyişikliklərin, həyat yoldaşının, valideynlərin və övladların itirilməsinin insanın əhvalına […]
Sosial
Müdafiə Nazirliyi: – “Vəziyyət gərgin-stabil olaraq qalır”
Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır. Aranxeber xəbər verir ki, bunu mətbuata açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, əvvəlki günlərə baxanda bu gün ərazidə sakitlik hökm sürür: “Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi cəza tədbirlərindən sonra kəndlərin və yaşayış məntəqələrinin atəşə tutulmasının qarısı alınıb. Buna baxmayaraq […]
Şəhid general Polad Həşimov haqqında kitab nəşr olunacaq
General-mayor Polad Həşimov haqqında kitab nəşr olunacaq. Aranxeber xəbər verir ki, bu barədə “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy məlumat verib. Onun sözlərinə görə, kitab “Xatirə ədəbiyyatı” silsiləsindən nəşr olunacaq: “Polad Həşimov haqqında xatirələrdən ibarət bir kitab nəşr etmək istəyirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən […]
Şəhidimiz torpağa tapşırıldı – FOTO
İyulun 16-da, səhər saat 05:45-dən başlayaraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən aktiv döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Aranxeber oxu.az-a istinadən xəbər verir ki, şəhid Ağstafa rayonunun Kolxəlfəli kənd sakini İsmayılov Nazim oğlunun nəşi əvvəlcə onun evinə gətirilib. […]
Prezidentdən Elmira Süleymanova ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Elmira Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.




