31 yanvar bütün islam aləmində, eləcə də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının banisi, böyük istiqlal mücahidi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu gündür. O, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində dünyaya gəlib. Bu gün onun 134 illiyi qeyd olunur. İlk təhsilini “Rus-müsəlman” məktəbində alan M.Ə.Rəsulzadə sonra Bakı texniki məktəbində oxuyub. 17 yaşında “Müsəlman […]
Ölkə
AZAL-ın işində nöqsanlar aşkarlandı
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. Bu barədə “APA-Economics” Hesablama Palatasının 2017-ci ilin İş Planı üzrə “Azərbaycan Hava Yolları” QSC-də həyata keçirilmiş auditin nəticələri barədə məlumata istinadən xəbər verir. “Azərbaycan Hava Yolları” QSC maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib […]
Əfv komissiyası toplaşdı: 100-dək müraciətə baxıldı
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb. Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.
Müəllimlər üçün onlayn kalkulyator xidməti
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib. Bunun üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər. Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli […]
ATƏT sədri: “Dağlıq Qarabağ və həlli uzanan digər münaqişələrə maksimum diqqət ayıracağıq”
“Sədrliyimiz dövründə ATƏT məkanında Dağlıq Qarabağ kimi həlli uzanan münaqişələrə maksimum diqqət ayıracağıq”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano “RİA Novosti”yə müsahibəsində deyib. A. Alfano həllinə diqqət ayıracaqları münaqişələr sırasında Ukrayna, Dnestryanı və Gürcüstan münaqişələrini də qeyd edib.




