ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə də gələcəklər. APA-nın “aysor.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib. T. Balayan deyib ki, həmsədrlər fevralın 8-9-da İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra […]
Ölkə
Bu il Azərbaycanda 2300 km uzunluğunda avtomobil yolları çəkiləcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan iclas keçirilib. Agentlikdən “APA-Economics”ə verdiyi məlumata görə, iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. S.Məmmədov yol infrastrukturunun yenidən qurulmasını regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan […]
“DəmirBank”da qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada ödənilir
Bu gündən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb. Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital […]
Oqtay Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri, xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov xanım nazirin ilk səfərini Azərbaycana etməsindən və nümayəndə heyətinin tərkibində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın olmasından məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, […]
Pakistanın “Shaheen Airlines” şirkəti iyun ayından Bakıya uçuşlar həyata keçirəcək
aranxeber.com SalamNews-a əsasən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib. Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində […]




