Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar bu gün Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb. ANAMA-dan APA-ya verilən məlumata görə, bu gün partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 62 ədəd […]
Ölkə
Elman Rüstəmov bu il üçün AMB-nin əsas hədəflərini açıqlayıb
“Makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında duran başlıca vəzifədir”. aranxeber.com “APA-Economics”ə istinadən xəbər verir ki, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm […]
Təhsil sahəsində çalışanlar üçün sərt qadağa
Məktəbəqədər təhsil sahəsində çalışanların müayinəsi zamanı vərəm, siflis aşkar edilərsə, onlar işə buraxılmayacaq. aranxeber.com sputnik.az a istinadən xəbər verir ki,, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nda əksini tapıb. Qaydaya əsasən, tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir: […]
“Asan xidmət” yenidən İmişlidə
“Asan xidmət” yenidən İmişli rayonunda səyyar fəaliyyətə başlayıb. Qurum 1 fevral- 2 mart tarixlərində rayon əhalisinə xidmət edəcək. Hazırda İmişli şəhərində “Asan xidmət”in inzibatı binası tikilir. Bina hazır olduqdan sonra qurum rayonda daimi fəaliyyət göstərəcək. “Asan xidmət”in məqsədi ölkə əhalisinə qısa müddətdə keyfiyyətli xidmət göstərməkdir. Bu da vətəndaşların müxtəlif sənədləşmələrin aparılmasında üzləşdikləri əlavə vaxt itkisinin […]
Tehrandan Azərbaycan şairinin külliyyatının surəti əldə edilib
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyyatının surətini əldə edib. AMEA-dan APA-ya verilən məlumata görə, buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər və qəsidələr daxil edilib. “294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi […]




