“2018-ci ildə Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür”. aranxeber.com “APA-Economics”-ə istinadən xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda çıxışı zamanı bildirib ki, ilk növbədə Vergilər Nazirliyi “Dövlət büdcəsi haqqında” qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq. “İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri […]
Ölkə
DTX və polis Bakıda birgə əməliyyat keçirib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və polis Bakıda birgə əməliyyat keçirib. aranxeber.com-ın APA-a istinadən məlumatına görə, paytaxtın Nizami rayonunda həyata keçirilən əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri – Tugay İmanov, Adəm İsmayılov və Ordubad sakini Hacı Qurbanov 400 qram civəni satarkən tutulublar. Faktla bağlı araşdırma aparılır.
Sakaryada prospektə “Qarabağ” adı verildi
Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə “Qarabağ” adı veriləcək. aranxeber.com xəbər verir ki, bununla bağlı Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb. Razılıq protokolunun bağlanmasında məqsəd, Türkiyə və Azərbaycan arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə dəstək göstərməkdir. Qarasu bələdiyyə rəhbəri Mehmet İspiroğlu bildirib ki, rəhbərlik etdiyi qurum bir millət – iki dövlət olan […]
“Azərbaycan Dəmir Yolları” QSC-də 3 ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib
aranxeber.com SalamNews-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu […]
Futbol üzrə dünya çempionatının Kubokunun əsli Azərbaycan prezidentinə təqdim edilib
Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu gün Kubok Azərbaycan prezidentinə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.




