Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Hörmətli cənab Prezident! Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və […]
Ölkə
Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib. aranxeber.com-ın “APA”-a istinadən verdiyi məlumata görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. Artıq 100-dən çox […]
İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”. aranxeber.com-ın “APA”-a istinadən verdiyi xəbərə görə, bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə […]
Azərbaycanda 15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum dəyişdirilir
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. aranxeber.com “APA-Economics”-ə istinadən xəbər verir ki, qanuna dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə olunub. “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 […]
Allahşükür Paşazadə axund və imamlara göstəriş verib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış edilməsi ilə bağlı axund və imamlara göstəriş verib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, Şeyxülislam bu gün idarədə din xadimləri ilə keçirilən görüşdə bildirib ki, dini liderlərin bu gün seçkilərlə bağlı qəbul […]




