Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. aranxeber.com APA-ya istinadən xəbər verir ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş olub. Rusiya Prezidenti Vladimir Putin deyib: Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar. […]
Ölkə
Polis yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxsi cəzalandırdı
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. aranxeber.com APA-ya istinadən xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının şəhər ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib. Həmin köşkün satıcısı barəsində […]
H. Rəcəbli: “Əməkhaqqı və pensiyaların gələn ildə artırılması gözlənilir”
“Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”. aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. H. Rəcəblinin sözlərinə görə payız sessiyası sentyabrın 30-da başlayacaq: “Dünyada bütün parlamentlərdə payız sessiyası əsasən növbəti ilin büdcə layihəsinin müzakirəsinə həsr edilir və büdcə təsdiqlənir. Büdcə layihəsi öncə […]
Cəlilabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində sentyabrın 24-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “Dayanıqlı sülh insan hüquqlarının səmərəli təminatı kimi” mövzusunda tədbir keçirilib. aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Cəlilabad Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ofelya Qəhrəmanova, rayonun Gənclər və İdman İdarəsinin rəisi Elçin […]
Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb
Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb. aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbir keçirilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf […]




