Baş Ölkə

Prezident Administrasiyasına yeni şöbə müdirləri təyin edilib – TAM SİYAHI

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yeni şöbə müdirləri təyin edilib.  aranxeber.com  “Report”a istinadən xəbər verir ki, tam siyahı aşağıdakı kimidir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının […]

Baş Ölkə

Əli Həsənov vəzifəsindən azad edildi

Prezident İlham Əliyev 60 yaşlı Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  aranxeber.com xəbər verir ki, Əli Həsənov 14 il idi ki, bu vəzifəni icra edirdi.Həmçinin Prezident Aparatının yeni strukturu da təsdiqlənib. Yeni strukturda ictimai siyasi məsələlər şöbəsi ləğv edilib.

Baş Ölkə

YAP üzvü olan deputatlar parlamentin buraxılması ilə bağlı müraciəti imzalayıblar

“Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilənməsini zəruri hesab edir. YAP Prezident İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”. aranxeber.com Report-a əsasən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov […]

Baş Ölkə

Eyni gündə borca görə 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Noyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. aranxeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu […]

İqtisadiyyat Ölkə

Bəzi kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Oktyabrda sentyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,9 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşıb. aranxeber.com-ın Azərtac-a istinadən verdiyi məlumata görə, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.