Baş Ölkə

Yeni Ombudsman seçildi

Milli Məclisin plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. aranxeber.com Toplum.tv-yə istinadən xəbər verir ki, namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib. Ombudsman vəzifəsinə üç nəfərin – Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri […]

Baş Ölkə

Dövlət Neft Fondunun rəhbəri dəyişdirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə – Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib.  Prezident yeni vəzifəyə təyin olunma ilə əlaqədar İsrafil Məmmədovu qəbul edib. aranxeber.com xəbər verir ki, məlumatı Report yayıb. Sabiq icraçı direktor Şahmar Mövsümov isə Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Bu barədə müvafiq sərəncam imzalanıb.  Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun […]

Baş Ölkə

Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub – SİYAHI

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub. aranxeber.com “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb. Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub. 

Baş Ölkə

Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib

Prezident Administrasiyanın Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib.  aranxeber.com “Report”a istinadən xəbər verir ki, Administrasiyanın bu gün təsdiq edilmiş yeni strukturunda həmin şöbə yoxdur.  İndiyə qədər şöbəyə rəhbərlik edən, eyni zamanda Prezident İlham Əliyevin aqrar siyasət məsələləri üzrə köməkçisi olan Azər Əmiraslanov vəzifəsindən azad olunub.