Baş Ölkə

Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub. aranxeber.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

Baş Ölkə

SOCAR-ın yeni vitse-prezidenti Daşqın İskəndərov kimdir?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. aranxeber.com “Metbuat.az”a istinadən xəbər verir ki, Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983 – 1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft […]

Baş Ölkə

SOCAR-a yeni vitse-prezident təyin olunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub. aranxeber.com  xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib. Qeyd edək ki, yeni təyinatadək D.İskəndərov “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

Baş Ölkə

Prezident Administrasiyasında yeni təyinat olunub

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. aranxeber.com xəbər verir ki, bu vəzifəyə 1974-cü il təvəllüdlü Səadət Vidadi qızı Yusifova təyin edilib. Səadət Yusifova hüquq üzrə fəlsəfə doktorudur və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq […]

Baş Ölkə

Bütün xəstəxanalar bu şəxsə tabe olacaq – TƏYİNAT

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ramin Bayramlının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilməsi haqqında əmr imzalayıb. aranxeber.com  “Sonxeber“ə istinadən bildirir ki, R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə […]