Baş Ölkə

Növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib. Məlumat “President.az”da dərc olunub.  Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Baş Ölkə

Yeni il tətilinin fasiləsizliyi təmin edilib

Nazirlər Kabineti (NK) iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb. aranxeber.com xəbər verir ki, izahda bildirilib ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar: “Dekabrın 28 və 29-u isə iş günləri olacaq. Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət […]

Baş Ölkə

Azər Əmiraslanov Nazirlər Kabinetinin şöbə müdiri təyin edilib

Nazirlər Kabinetində (NK) yeni təyinatlar olub. aranxeber.com xəbər verir ki, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bundan başqa, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.

Baş Ölkə

Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq. aranxeber.com xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev mətbuata açıqlama verib. S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq […]

Baş Ölkə

İcbari tibbi sığorta haqları gələn il aprelin 1-dən toplanılacaq

Dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur. aranxeber.com  “Report”a istinadən xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.  2023-cü ildən etibarən isə müstəqil ödəyicilər üzrə təqvim […]