Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub. aranxeber.com xəbər verir ki Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.
Ölkə
Prezident fərman imzaladı
aranxeber.com xəbər verir ki, Prezidet İlham Əliyev “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli […]
Azərbaycana çox sərt qış gəlir
2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq Artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar. aranxeber.com oxu.az-a istinadla xəbər verir ki, bunu Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib. Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək. “Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni […]
Ölkəmizə bu il qış nə vaxt gəlir?
Qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub. aranxeber.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından mətbuata bildirilib ki, ölkəmizə qış fəsli dekabrın 22-si saat 08:19-da qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə […]
Borca görə axtarışda olan daha 19 nəfər saxlanıldı
Ötən gün törədilmiş altı cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. aranxeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil […]




